A Seriyasını tərk edəcək ilk klub bilindi

Futbol üzrə İtaliya A Seriyasını tərk edəcək ilk klub müəyyənləşib.

Arena.az xəbər verir ki, hazırda turnir cədvəlinin sonuncu – 20-ci sırasında qərarlaşan “Krotone”nin elita ilə vidalaşacağı dəqiqləşib.

A Seriyasının 34-cü turunda “İnter”ə uduzan sözügedən komanda sona 4 tur qalmış cəmi 18 xala malikdir. Bu üzdən də “Krotone” yeni mövsümdə B Seriyasında mübarizə aparacaq.

Qeyd edək ki, “Krotone” ötən mövsüm də B Seriyasında mübarizə aparmış və ikinci yeri tutaraq elitaya yüksəlmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: