Basketbol üzrə qadınlardan ibarət Azərbaycan millisinin AÇ-2025-in seçmə mərhələsindəki rəqibləri bəlli olub.
Arena.az xəbər verir ki, yığmamız Avropa çempionatının seçmə mərhələsində Belçika, Litva və Polşa ilə birlikdə C qrupunda mübarizə aparacaq.
Oyunlar bu ilin noyabr ayında start götürəcək. Azərbaycan millisinin bu rəqiblərlə oyunlarının təqvimi daha sonra müəyyənləşəcək.
Xatırladaq ki, AÇ-2025-in final mərhələsi Çexiya, Almaniya, Yunanıstan və İtaliyada baş tutacaq.


