AFFA Boyan Letiçi 4 oyunluq cəzalandırdı, amma…

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının və Əvəzedicilər Liqasının 8-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

Azərbaycan Premyer Liqası

“Səbail” – “Sabah” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə aldığına görə “Səbail” klubu 700 manat cərimə edilib. “Sabah”ın da 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilib. “Sabah”ın futbolçusu Boyan Letiç hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb, klubu 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib.

“Kəpəz” – “Qəbələ” oyununda “Qəbələ”nin 5 futbolçusu sarı vərəqə aldığına görə “Qəbələ” klubu 700 manat cərimə edilib. “Kəpəz”in azarkeşləri tərəfindən rəqib komandanın texniki zonası istiqamətində kənar əşya atıldığına görə Gəncə klubu 800 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə Gəncə klubu 800 manat cərimə edilib.

“Araz-Naxçıvan” – “Zirə” oyununda “Araz-Naxçıvan”ın futbolçusu İqor Ribeyro ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanıb, klubu 500 manat cərimə edilib.

Əvəzedicilər Liqası

“Kəpəz-2” – “Qəbələ-2” görüşündə oyun günü planının tələbləri pozulduğuna görə (meydança sulanmadığına görə) Gəncə komandası 100 manat cərimə edilib.

“Qarabağ-2” – “Sumqayıt-2” oyununda “Qarabağ” görüşün ilkin protokolunu elektron sistemdə gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib.

“Turan Tovuz-2” – “Neftçi-2” oyununda Əsasnamənin tələbləri pozulduğuna görə Tovuz komandası 50 manat cərimə edilib.

“Səbail-2” – “Sabah-2” oyununda “Səbail”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə bu komanda 70 manat cərimə edilib. Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Səbail” klubu 100 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” daha 80 manat cərimə edilib.

“Araz-Naxçıvan-2” – “Zirə-2” oyununda “Araz-Naxçıvan”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə Naxçıvan təmsilçisi 70 manat cərimə edilib. “Zirə”nin də 6 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə qəsəbə klubu 70 manat cərimə edilb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: