Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Premyer Liqa və Əvəzedicilər Liqası ilə bağlı bəzi qərarlar çıxarılıb.
Arena.az xəbər verir ki, aparılmış müzakirələrdən sonra Azərbaycan Premyer Liqasının 33-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
Azərbaycan Premyer Liqası, 33-cü tur
“Kəpəz” – “Sumqayıt” oyununda “Kəpəz”in futbolçusu Olavale Onanuqa hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Gəncə klubu buna görə 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib. “Kəpəz”in digər futbolçusu Martins Junior ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib komandanın texniki zonasına qeyri-etik ifadələr işlətdiyinə, onları təhqir etdiyinə görə 4 oyun cəzalanıb. “Kəpəz” buna görə də 3000 manat cərimə edilib. “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığı üçün Gəncə klubu 700 manat cərimə edilib. “Kəpəz”in azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə Gəncə klubu 800 manat cərimə edilib. “Kəpəz”in azarkeşləri tərəfindən hakimlər kütləvi şəkildə təhqir edildiyinə görə Gəncə klubu 1000 manat cərimə edilib. “Sumqayıt”ın futbolçusu Vüqar Mustafayev ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Sumqayıt” klubu buna görə 500 manat cərimə edilib.
“Qarabağ” – “Neftçi” oyununda “Qarabağ”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına görə Ağdam klubu 800 manat cərimə edilib. “Qarabağ”ın azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə Ağdam klubu 1000 manat cərimə edilib. “Neftçi”nin futbolçusu Yuri Matias hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. “Neftçi” klubu buna görə 3000 manat cərimə edilib. Sınaq müddəti 3 ay təyin edilib. “Neftçi”nin azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə görə paytaxt klubu 1000 manat cərimə edilib. “Neftçi”nin azarkeşləri tərəfindən 10 ədəd oturacağın sındırılmasına görə stadiona dəymiş zərər Bakı klubu tərəfindən ödəniləcək.
“Turan Tovuz” – “Zirə” oyununda “Turan Tovuz”un futbolçusu Roderik Miller təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Tovuz klubu buna görə 3000 manat cərimə edilib. “Zirə”nin 5 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubu 700 manat cərimə edilib.
Əvəzedicilər Liqası, 33-cü tur
AFFA İntizam Komitəsi Əvəzedicilər Liqasının 33-cü turundakı qayda pozuntularına da hüquqi qiymət verib:
“Kəpəz-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt”ın inzibatçısı Elnur Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 5 oyun cəzalanıb. “Sumqayıt” buna görə 400 manat cərimə edilib.
“Qarabağ-2” – “Neftçi-2” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığına görə Ağdam klubu 70 manat cərimə edilib.
“Səbail-2” – “Qəbələ-2” oyununda “Səbail”in 5 futbolçusu sarı vərəqə aldığına görə paytaxt klubu 70 manat cərimə edilib.


