AFFA-dan “Neftçi”nin təcavüzkar futbolçusuna 4 oyunluq cəza

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Arena.az xəbər verir ki, müzakirələrdən sonra Əvəzedicilər Liqasının 3-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

“Qəbələ-2” – “Sumqayıt-2” oyununda topdaşıyan və xərəkdaşıyanlar matça təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qəbələ” 80 manat cərimə edilib.

“Qarabağ-2” – “Araz-Naxçıvan-2” qarşılaşmasında ev sahibi komandanın nümayəndəsi oyunöncəsi iclasa gec gəldiyinə görə “Qarabağ” 40 manat cərimə edilib. Qarşılaşmada polis nümayəndəsi oyunöncəsi iclasda iştirak etmədiyinə görə “Qarabağ” 80 manat cərimə edilib. “Araz-Naxçıvan-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz-Naxçıvan” 70 manat cərimə edilib.

“Sabah-2” – “Neftçi-2” görüşündən əvvəl “Sabah-2” komandası elektron sistemdə oyunun protokolunu gec təsdiq etdiyinə görə 100 manat cərimə edilib. “Sabah-2” komandasının futbolçusu İdris İnqilablı ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanıb, komandası 150 manat cərimə edilib. “Neftçi-2” komandasının futbolçusu Rüfət Abbasov təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb, komandası 300 manat cərimə edilib. “Neftçi-2” komandasının futbolçusu Həbib İsmayılov ikinci sarı vərəqədən qırmızı vərəqə ilə aldığına görə 1 oyun cəzalanıb, komandası 50 manat cərimə edilib. “Sabah-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə komandası 70 manat cərimə edilib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: