Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib, Əvəzedicilər Liqasının 6-cı turunun oyunları ilə bağlı bəzi qərarlar qəbul edilib.
Arena.az bu barədə AFFA-nın rəsmi saytına istinadən xəbər verir.
Həmin qərarlarla sizi də tanış edirik:
“Neftçi-2” – “Araz-Naxçıvan-2” oyunu bitdikdən sonra “Neftçi”nin baş məşqçisi Rəşad Abdullayev hakimin qərarına etiraz etdiyinə görə ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Neftçi” buna görə 250 manat cərimə edilib.
“Kəpəz-2” – “Qarabağ-2” oyununda “Qarabağ”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün Ağdam komandası 70 manat cərimə edilib.
“Şamaxı-2” – “Sumqayıt-2” oyununda “Sumqayıt”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün sözügedən klub 70 manat cərimə ödəyəcək.
“Qəbələ-2” – “Turan Tovuz-2” oyununda topdaşıyan və xərəkdaşıyanlar olmadığına görə “Qəbələ” 200 manat cərimə edilib.
“Zirə-2” – “Sabah-2” oyununda “Zirə”də 5 nəfər sarı vərəqə aldığı üçün sözügedən 70 manat cərimə edilib.


