Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib, Əvəzedicilər Liqası və İkinci Liqa ilə bağlı müxtəlif qərarlar qəbul olunub.
Arena.az AFFA-nın rəsmi saytına istinadən həmin qərarların siyahısını təqdim edir:
Əvəzedicilər Liqası, 29-cu tur
“Səbail-2” – “Turan Tovuz-2” oyununda “Turan Tovuz”un 5 futbolçusu sarı vərəqə aldığı üçün Tovuz komandası 70 manat cərimə edilib. Bu oyunda “Səbail-2” komandasının fotoqrafı zonalar üzrə qaydanı pozduğuna görə “Səbail” komandası 50 manat cərimə edilib.
“Qarabağ-2” – “Zirə-2” oyununun 59-cu dəqiqəsində “Zirə”nin futbolçusu Əkbər Eyubov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Zirə” buna görə 50 manat cərimə edilib.
İkinci Liqa, 20-ci tur
“Şahdağ Qusar” – “Hypers Quba” oyunu bitdikdən sonra “Hypers Quba” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə Quba komandası 150 manat cərimə edilib.
“Kür-Araz” – “Araz Saatlı” oyununun 82-ci dəqiqəsində “Araz Saatlı”nın futbolçusu Ramin Süleymanov ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. Saatlı komandası buna görə 50 manat cərimə edilib.
“Dinamo” – “Şəmkir” oyununun 33-cü dəqiqəsində “Dinamo”nun futbolçusu Ziya Məmmədli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun cəzalanıb. “Dinamo” buna görə 50 manat cərimə edilib. Oyun bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Dinamo” 80 manat cərimə edilib. “Şəmkir”in 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəmkir” komandası 70 manat cərimə edilib.


