Türkiyənin “Alanyaspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Super Liqa təmsilçisi “Qalatasaray”ın yarımmüdafiəçisi Emre Akbabanı heyətinə qatıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi bu mövsümün sonuna kimi icarə əsasında Alanya təmsilçisinin uğurları üçün çalışacaq. O, yeni komandasında 23 nömrəli formanı geyinəcək.
Emre Akbaba 2018-ci ildən “Qalatasaray”da çıxış edir. Türkiyə millisində 6 oyun keçirib, 3 qol vurmuş futbolçu, İstanbul təmsilçisinə məhz “Alanyaspor” klubundan transfer olunub. Belə ki, yarımmüdafiəçi 2013-2018-ci illər aralığında məhz bu komandanın uğurları üçün çalışıb. Akbaba daha öncə “Kahramanmaraş” və “Antalyaspor”da da forma geyinib.


