Ali Koç Super Kubok matçının burada keçirilməsini təklf etdi

“Fənərbaxça”nın prezidenti Ali Koç Türkiyə Super Kuboku uğrunda oyunun zəlzələdən zərər çəkmiş bölgələrin birində keçirilməsini təklif edib.

Arena.az xəbər verir ki, o, bu ideyanı İstanbul Başakşəhər Bələdiyyə sədrliyinə namizəd olan Murat Kurumun “Fənərbaxça”nı ziyarəti zamanı deyib.

Ali Koç Murat Kuruma “Hakim partiyanın üzvü olan bir siyasətçi kimi Super Kubokun zəlzələ zonasında oynanılmasını təklif etməyinizi xahiş edirik. Məncə, çox faydalı olardı”, deyib.

Murat Kurum bu təklifi dəstəkləyəcəklərini bildirib. O, bu fikrinə görə Ali Koça təşəkkür edib.

Xatırladaq ki, “Fənərbaxça” ilə “Qalatasaray” arasındakı Super Kubok oyununun 29 dekabrda Səudiyyə Ərəbistanında keçirilməsi planlaşdırılırdı. Lakin Səudiyyə Ərəbistanı rəsmiləri Türkiyə tərəfinə müxtəlif qadağalar qoyduğu üçün, oyun təxirə salınmışdı.

Bahar Rüstəmzadə

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: