Alisson Bekker daha altı il “Liverpul”da

İngiltərənin “Liverpul” klubu qapıçısı Alisson Bekker ilə müqavilənin müddətini uzadıb. Arena.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.

Braziliyalı qolkiperlə 6 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Alisson Bekker 2018-ci ilin yayından Mersisayd təmsilçisində çıxış edir. 29 yaşlı qapıçı ötən mövsüm 42 oyunda meydana çıxıb və 41 qol buraxıb. O, bu komandanın heyətində bütövlükdə 130 matça çıxıb. Braziliya millisinin də üzvü olan futbolçu, əvvəllər “İnternasional” və “Roma”da forma geyinib.

Xəbəri sosial şəbəkələrdə paylaş: