“Tottenhem”in baş məşqçisi Angelos Postekoqlu “Bayern”in maraq dairəsində olan “mahmızlar”ın hücumçusu Harri Keyn haqda danışıb.
Arena.az bu barədə italyan jurnalist-insayder Fabrisio Romanoya istinadən məlumat verir:
“Keyn dünyanın ən yaxşı oyunçularından biridir. Mən Harrinin burada olmasını və “Tottenhem”in uğurlu olmasını istəyirəm. Onun da bunu istədiyinə əminəm”, deyə Postekoqlu bildirib.
Xatırladaq ki, daha əvvəl “Bayern”in Harri Keynin transferi üçün 80 milyon avro məbləğində ikinci təklifini də “Tottenhem”in rədd etmək niyyətinidə olması haqda məlumat yayılmışdı. “Bayern”in 70 milyon avroluq start təklifi də “mahmızlar” tərəfindən rədd edilişdi.
Geridə qalmış 2022/2023 mövsümündə Keyn “mahmızlar”ın heyətində 49 oyuna çıxıb, 32 qol vurub, 5 məhsuldar ötürmə verib.
Harri Keyn “Tottenhem”in yetirməsidir. İngilis hücumçu 2011-ci ildən əsas komandada çıxış edir.
“Transfermarkt” internet-portalı 29 yaşlı Harri Keyni 90 milyon avro məbləğində qiymətləndirir.


