2023/2024 mövsümünün qalan hissəsinə hazırlığını davam etdirən “Araz-Naxçıvan” bu gün iki məşqlə kifayətlənib.
Arena.az xəbər verir ki, komanda üzvləri günün birinci yarısında fitness zalında məşq keçiblər.
2024-cü ildə yaşıl meydanda ilk hazırlıq prosesi isə günortadan sonra baş tutub. Bakı Olimpiya Stadionunun ehtiyat meydanında futbolçular əsasən fiziki təmrinləri yerinə yetiriblər. Bakıya səhər saatlarında gələn Vanderson və İqor Ribeyra məşqlərə sabahdan qoşulacaqlar. İsmail Azzouri sabah, Numan Kurdiç isə yanvarın 8-də kollektivlə birgə olacaq.
Xatırladaq ki, “Araz-Naxçıvan” hazırlığın birinci mərhələsinə yanvarın 10-da “Zirə” ilə keçirəcəyi yoldaşlıq matçı ilə yekun vuracaq.


