Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun gününün ilk qarşılaşması Bakıda keçirilib.
Birinci Liqa təmsilçisi “İrəvan” “ASK Arena”da Premyer Liqada çıxış edən “Araz-Naxçıvan”la üz-üzə gəlib. 10 qolun qeydə alındığı bu oyunda Muxtar Respublika təmsilçisi darmadağınla qalib gəlib və 1/4 finala yüksəlib.
Günün digər qarşılaşması isə “İmişli” və “Qəbələ” komandaları arasında baş tutacaq. Bu oyuna saat 16:00-da start veriləcək.
Xatırladaq ki, daha öncə “Sabah” və “Sumqayıt” da Azərbaycan Kubokunda 1/4 finala vəsiqəni təmin etmişdilər. Qalan qarşılaşmalar dekabrın 20-də və 21-də keçiriləcək.
Azərbaycan Kuboku
1/8 final
19 dekabr
“İrəvan” – “Araz-Naxçıvan” 2:8
Qollar: Vüsal Qənbərov, 16. Vüsal Əsgərov, 37 – Aksel Nqando, 24; 43; 45+4-pen. Orxan Əliyev, 25; 51. Miço Kuzmanoviç, 73. Elvis Maşike, 80; 83.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov
“ASK Arena”, 13:00.
İrəvan: 33. Andrey Sinenka, 28. Cavid Tağıyev (k), 6. Kamal Mirzəyev, 71. Fəhmin Muradbəyli, 50. Fərid Kərimzadə, 44. Seymur Əliyev, 3. Arsen Ağcabəyov, 18. Vüsal Əsgərov, 2. Ramin Məhərrəmov, 29. Vüsal Qənbərov, 4. Ege Atlam Adnan.
Ehtiyat oyunçular: 1. Rafiq Həsənov, 8. Elşən Abdullayev, 19. Famil Camalov, 73. Bəşir Ayralov, 99. Balamirzə Soltanov.
Baş məşqçi: Nazim Süleymanov.
Araz-Naxçıvan: 91. Semir Bukviç, 10. Orxan Əliyev, 7. Nicat Süleymanov, 22. Elçin Mustafayev, 55. Zamiq Əliyev, 88. Tuqay Əlizadə, 11. Bayraməli Qurbanov, 19. Aksel Nqando, 42. Məhəmməd Kadiri, 14. Miço Kuzmanoviç, 27. Numan Kurdiç (k).
Ehtiyat oyunçular: 12. Kristian Avram, 1. Vüsal Şabanov, 6. Vadim Abdullayev, 39. Tural Bayramlı, 3. Turan Manafov, 5. Nihad Qurbanlı, 2. Abdulla Rzayev, 13. Mirəli Əhmədov, 9. Elvis Maşike, 23. Nuno Rodriqes, 4. İqor Ribeyro, 8. İsmail Azzaui.
Baş məşqçi: Azər Bağırov.


