“Araz-Naxçıvan” Qəbələdə qapalı meydanda çalışdı

2023/2024 mövsümünün qalan hissəsinə hazırlaşan “Araz-Naxçıvan” təlim-məşq toplanışını Qəbələdə davam etdirir.

Arena.az xəbər verir ki, sözügedən komanda hava şəraiti ilə əlaqədar bu gün məşqini qapalı meydanda həyata keçirib.

Yanvarın 10-da “Zirə” ilə keçirilmiş yoxlama oyununda zədələnən Orxan Əliyev və İsmayıl Azzaui müalicəsini Bakıda davam etdirir.

Xatırladaq ki, “Araz-Naxçıvan” toplanış çərçivəsində sabah növbəti yoxlama matçını keçirəcək. Azər Bağırovun rəhbərlik etdiyi komanda saat 14:00-da “Qəbələ” ilə üz-üzə gələcək. Bununla da toplanışı yekunlaşdıracaq “qırmızı-ağlar” Bakıya dönəcəklər və 2 gün istirahət edəcəklər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: