İngiltərənin “Lids Yunayted” klubunun mərkəz yarımmüdafiəçisi Arçi Qrey bundan sonra “Tottenhem”in uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə London klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
18 yaşlı ingilis futbolçu ilə 6 illik müqavilə imzalanıb. Qrey London təmsilçisində 14 nömrəli formanı geyinəcək.
“Tottenhem” bu transferə görə 47,2 milyon avrosundan keçib.
Arçi Qrey “Lids Yunayted”in öz yetirməsidir. O, 2023-cü ildən sözügedən klubun əsas komandasında forma geyinirdi. Qrey “Lids Yunayted”in heyətində 52 oyuna çıxıb və 2 məhsuldar ötürmə ilə yadda qalıb. O, ötən mövsüm Çempionşipdə ilin ən yaxşı gənc futbolçusu seçilib.
Arçi İngiltərənin gənclərdən ibarət millisinin heyətində meydana çıxdığı iki matçda bir qol vurub. O, bu il martın 22-də “Qarabağ Arena”da keçirilən Avropa çempionatının seçmə mərhələsində U-21 millimizə 5:1 hesabı ilə qalib gəldikləri oyunun 88-ci dəqiqəsində fərqlənib.
“Transfermarkt” internet-portalı 18 yaşlı müdafiəçinin transfer dəyərini 18 milyon avro məbləğində qiymətləndirir.


