Arda Turan daha bir il “Qalatasaray”da!

Türkiyənin “Qalatasaray” klubu yarımmüdafiəçisi Arda Turan ilə yeni müqavilə bağlayıb. Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumat yayıb.

34 yaşlı futbolçu bir illik yeni müqaviləyə imza atıb. Onun əvvəlki sözləşməsinin müddəti bu yaya qədər idi.

Arda Turan 2020-ci ilin yayından “Qalatasaray”da çıxış edir. Bu klubun yetirməsi olan yarımmüdafiəçi, 2005-2011-ci illər aralığında məhz “sarı-qırmızılar”ın uğurları üçün çalışıb.

Ardanın forma geyindiyi komandalar arasında “Manisaspor”, “Atletiko” (Madrid), “Barselona” və “Başakşəhər” də var. Təcrübəli futbolçu Türkiyə millisində də 100 oyun keçirib, 17 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: