“Neftçi” sabah UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın “Dinamo” (Tiflis) klubu ilə qarşılaşacaq. Arena.az xəbər verir ki, bu komandalar arasındakı ilk oyun Gürcüstanın paytaxtı Tiflis şəhərində baş tutacaq.
Futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazinin göstərişinə əsasən, millinin məşqçisi Arif Əsədov da bu oyunu izləməyə gedəcək. Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
Qeyd edək ki, sabah Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək “Dinamo” – “Neftçi” oyununa Bakı vaxtı ilə saat 20:00-da start veriləcək. Cavab qarşılaşması bir həftə sonra Bakıda təşkil olunacaq.


