Macarıstanın U-21 yığmasının və “Puşkaş Akademiya”sının qapıçısı Armin Peçi bundan sonra “Liverpul”un uğurları üçün çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubunun mətbuat xidməti məlumat yayıb.
20 yaşlı qolkiperlə müqavilənin müddəti və transferin digər detalları açıqlanmır. Tərəflər arasında uzunmüddətli sözləşmənin imzalandığı ehtimal olunur.
Armin Peçi “Puşkaş Akademiyası”nın yetirməsidir. O, bir müddət icarə əsasında “Çakvar”ın da formasını geyinib.
Macarıstanın U-17 və U-19 yığmalarında da oynamış Peçi hazırda ölkəsinin U-21 millisinin üzvüdür. Gənc qolkiper geridə qalmış 2024/2025-ci illər mövsümündə “Puşkaş Akademiyası”nın heyətində 36 oyuna çıxıb, 43 qol buraxıb, 11 matçda qapısını toxunulmaz saxlayıb.
“Transfermarkt” internet-portalı 20 yaşlı qapıçının transfer dəyərini 800 min avro məbləğində qiymətləndirir.


