Arne Slot: “Bəxtimiz gətirdi ki, MS böhran yaşadı”

“Liverpul” baş məşqçisi Arne Slot bildirib ki, İngiltərə Premyer Liqasını qazanmasında “Mançester Siti”nin böhran yaşaması da rol oynayıb.

Arena.az jurnalist Den Roenə istinadən, 46 yaşlı niderlandlı mütəxəssisin müvafiq açıqlamasını təqdim edir:

“Komandanın bəxtinin sadəcə çox gətirməsi ilə belə, çempionatı qazanmaq olmaz. Ola bilsin ki, “Mançester Siti”nin beş il ərzində ilk dəfə olaraq çətin dövr yaşaması ilə “Liverpul”un bəxti azacıq gətirdi. Biz özümüz də həmin çətin dövrün bir hissəsi olduq, çünki onları, uduzduqları bir neçə oyundan sonra evdə məğlub edə bildik”, deyə Arne Slot vurğulayıb.

Xatırladaq ki, “Liverpul” İngiltərə Premyer Liqasının çempionluğunu erkən surətdə təmin edib. “Qırmızılar” son dörd mövsümün çempionu “Mançester Siti”ni hər iki oyunda 2:0 hesabı ilə məğlub edə biliblər.

38 oyunda topladığı 84 xalla “Liverpul” İngilərə Premyer Liqasının yarış cədvəlinin zirvəsində yer alıb. “Mançester Siti” isə 71 xalla 3-cü olub. “Şəhərlilər” növbəti mövsümün UEFA Çempionlar Liqasına vəsiqə qazanıblar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: