Arne Slot Liverpul derbisindəki qələbəni şərh etdi

“Liverpul”un baş məşqçisi Arne Slot İngiltərə Premyer Liqasının 30-cu turunda qarşılaşdıqları “Everton”la ev oyununu şərh edib.

Arena.az məlumat verir ki, “qırmızılar” Liverpul derbisində “qənnadçılar”ı 1:0 hesabı ilə məğlub ediblər.

Arne Slot matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Ağır mübarizə idi, bu, dəqiqdir, amma burada təəccüblü bir xüsus yoxdur. “Everton” ardıcıl doqquz oyun idi ki, məğlub olmurdu, demək olar ki, qol buraxmırdı və müdafiə xəttinin oyunçuları sayəsində rəqiblərinə fərqlənməyə fürsət vermirdi. Onlarla oynamaq çətindir. “Everton” müdafiədə yaxşı fəaliyyət göstərir və əks-hücumlar haqda unutmur. Hər dəfə “qənnadçılar”ın oyunçuları bizim cərimə meydançamız yaxınlığında peyda olanda, bizə son dərəcə çətin idi”, – “Liverpul”un rəsmi saytı niderlandlı mütəxəssisdən sitat gətirir.

30 oyundan 73 xal toplamış “Liverpul” İngiltərə Premyer Liqasına başçılıq edir. “Everton” isə 34 xalla yarış cədvəlinin 15-ci pilləsində qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: