“Arsenal” xal itidi, “Tottenhem” qalib gəldi

Futbol üzrə İngiltərə Premyer Liqasında əvvəlki turlardan təxirə salınmış oyunlar keçirilib.

Arena.az xəbər verir ki, “Arsenal” 29-cu tur çərçivəsində səfərdə “Vest Hem”lə qarşılaşıb.

Altı qolun qeydə alındığı bu oyunda qalib müəyyənləşməyib.

“Tottenhem” isə 18-ci turdan təxirə salınmış oyunda “Aston Villa”nın qonağı olub. London təmsilçisi bu oyundan inamlı qələbə ilə ayrılıb.

İngiltərə Premyer Liqası
21 mart

29 turun oyunu

Vest Hem – Arsenal 3:3
Qol: Linqard, 15. Bouen, 17. Souçek, 32 – Souçek, 38-öz qapısına. Douson, 61-öz qapısına. Lakazette, 82.

18-ci turun oyunu

Aston Villa – Tottenhem 0:2
Qol: Vinisius, 29. Keyn, 68-pen.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: