Asəf Zeynallı “Qəbələ”nin yeni mətbuat katibi təyin olundu

“CBC Sport”un əməkdaşı Asəf Zeynallı “Qəbələ” İdman Klubunda Media və Marketinq Departamentinin yeni rəhbəri təyin olunub.

Arena.az xəbər verir ki, bu barədə “Qəbələ”nin rəsmi saytı məlumat yayıb.

Asəf Zeynallı bunadək “CBC Sport” telekanalında Xəbərlər Departamentinin redaktoru vəzifəsində çalışıb. Həmçinin, müxtəlif daxili və beynəlxalq idman yarışlarını şərh edib. Zeynallı əvvəllər müxtəlif mətbuat orqanlarında idman müxbiri kimi fəaliyyət göstərib.

Xatırladaq ki, “Qəbələ”nin əvvəlki mətbuat katibi Anar Hacıyev bir müddət əvvəl “Qarabağ”da eyni vəzifəyə təyin olunub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: