Avropa Liqasında mövsümün rəmzi heyəti açıqlandı

Futbol üzrə Avropa Liqasında 2020/21 mövsümünün ən yaxşı futbolçularından ibarət heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, rəmzi heyət UEFA-nın texniki müşahidəçiləri tərəfindən müəyyənləşdirilib.

23 nəfərlik heyətdə turnirin qalibi “Vilyarreal”dan (İspaniya) 7 futbolçu yer alıb:

Qapıçılar: Dominik Livakoviç (“Dinamo”, Zaqreb), Pau Lopes (“Roma”), Heronimo Rulyi (“Vilyarreal”);

Müdafiəçilər: Raul Albiol, Alfonso Pedrasa, Pau Torres (hər üçü “Vilyarreal”), Harri Maquayr, Aaron Van-Bissaka (hər ikisi “Mançester Yunayted”), Canluka Mançini, Leonardo Spinatsola (hər ikisi “Roma”);

Yarımmüdafiəçilər: Bruno Fernandes, Pol Poqba, Skott Maktominey (hər üçün “Mançester Yunayted”), Daniel Parexo, Etyen Kapu (hər ikisi “Vilyarreal”), Lorentso Pelleqrini (“Roma”), Lukaş Provod (“Slaviya”, Praqa), Mislav Orşiç (“Dinamo”, Zaqreb);

Hücumçular: Jerar Moreno (“Vilyarreal”), Edinson Kavani (“Mançester Yunayted”), Duşan Tadiç (“Ayaks”), Edin Dzeko (“Roma”), Nikolya Pepe (“Arsenal”).