Azərbaycan millisi Gürcüstana ikinci oyunda da məğlub oldu

19 yaşadək qadın futbolçulardan Azərbaycan millisi Gürcüstandakı təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, komandamız yenə də Gürcüstanın U-19 yığması ilə qarşılaşıb.

Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin qolunu 4-cü dəqiqədə Şəkər Piriyeva vurub.

Xatırladaq ki, bu komandalar arasında sentyabrın 20-də keçirilmiş ilk oyunda da Azərbaycan yığması 0:2 hesabıyla uduzmuşdu.

Baş məşqçi Həbib Ağayev bu toplanış üçün 18 futbolçuya dəvət göndərib. Belə ki, Azərbaycan millisi Gürcüstana bu heyətlə yollanıb:

  1. Şahməmmədova Mehriban – Neftçi
  2. İsmayılova Güləsər – Neftçi
  3. Əkbərova Aydan – Baku Cuniors
  4. Ziyadova Aysel – Qəbələ
  5. Mirzəyeva Aytac – Neftçi
  6. Hüseynli Fatiməyi Zəhra – Sumqayıt
  7. Həsənli Səma – Qəbələ
  8. Seyidova Müjgan – Neftçi
  9. Əhmədova Fatimə – Baku Cuniors
  10. Həsənova Aydan – Neftçi
  11. Kocabey Buse Nur – Asyaspor (Türkiyə)
  12. Əliyeva Röya – Baku Cuniors
  13. Hacıyeva Mələk – Baku Cuniors
  14. Piriyeva Şəkər – Gömrükçü
  15. Murtuzayeva Aysu – Neftçi
  16. Haqverdiyeva İntizar – Neftçi
  17. Abbaszadə Lalə – Neftçi
  18. Kesmez Sumeyra – Konyaspor (Türkiyə)
Xəbəri sosial şəbəkələrdə paylaş: