Azərbaycan Kubokunda 1/8 final həyəcanı davam edir

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 2023/2024 mövsümünün 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də iki qarşılaşma baş tutacaq.

Günün ilk matçı Bayılda “Səbail”lə “Şamaxı” arasında olacaq. “Şamaxı” ötən mövsüm bu komandanı Premyer Liqadan kənarda qoymuş “dənizçilər”dən qisas almağa çalışacaq.

“Zirə” isə bir neçə gün öncə Premyer Liqa çərçivəsində səfərdə uduzduğu “Turan Tovuz”u kubokda qəbul edəcək. Zirəlilər də məğlubiyyətin əvəzini kubokda mərhələ adlamaqla çıxmaq arzusundadırlar.

Xatırladaq ki, Azərbaycan Kubokunda 1/4 final mərhələsinin dörd iştirakçısı artıq məlumdur. “Sabah” “Kəpəz”i, “Sumqayıt” “Karvan”ı, “Araz-Naxçıvan” “İrəvan”ı, “Qəbələ” isə “İmişli”ni mübarizədən kənarlaşdırıb. 1/8 finalın oyunlarına dekabrın 21-də yekun vurulacaq.

Azərbaycan Kuboku
1/8 final
18 dekabr

“Kəpəz” – “Sabah” 3:4
Qollar: Adama Niane, 36-pen; 45; 76 – Vensan Till, 14. Jesse Sekidika, 23. Emmanuel Apeh, 39.
Hakimlər: Rəşad Əhmədov, Eyyub İbrahimov, Asiman Əzizli, Rauf Allahverdiyev.
Hakim-inspektor: Orxan Məmmədov.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Tovuz şəhər stadionu, 14:00.

“Sumqayıt” – “Karvan” 3:1
Qollar: Kamran Əliyev, 55. Erik Sorqa, 82. Rövlan Muradov, 88 – İzzət Müştaqov, 65.
Hakimlər: Kamranbəy Rəhimov, Vüqar Bayramov, Sənan Atayev, Fəridə Lütfəliyeva.
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
“Sumqayıt Arena”, 17:00.

19 dekabr

“İrəvan” – “Araz-Naxçıvan” 2:8
Qollar: Vüsal Qənbərov, 16. Vüsal Əsgərov, 37 – Aksel Nqando, 24; 43; 45+4-pen. Orxan Əliyev, 25; 51. Miço Kuzmanoviç, 73. Elvis Maşike, 80; 83.
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Sevda Nuriyeva, İslam Məmmədov.
Hakim-inspektor: Ömər Paşayev.
AFFA nümayəndəsi: Nəriman Axundov.
Bakı. “ASK Arena”, 13:00.

“İmişli” – “Qəbələ” 0:1
Qol: Mehrac Baxşalı, 90+3.
Hakimlər: Emin Əliyev, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Səbuhi Bayramov.
Hakim-inspektor: Rövşən Əhmədov.
AFFA nümayəndəsi: Kifayət Mustafayeva.
Qəbələ şəhər stadionu, 16:00.

20 dekabr

“Səbail” – “Şamaxı”
Hakimlər: Tural Qurbanov, Rahil Ramazanov, Zöhrab Abbasov, Rövşən Rəcəbov.
Hakim-inspektor: Barış Şimşek.
AFFA nümayəndəsi: Bəhram Qurbanov.
“Bayıl Arena”, 14:00.

“Zirə” – “Turan Tovuz”
Hakimlər: İnqilab Məmmədov, Müslüm Əliyev, Rəhman İmami, Rəvan Həmzəzadə.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zirə İdman Kompleksinin stadionu, 17:00.

21 dekabr

“Neftçi” – “Qaradağ Lökbatan”
Hakimlər: Kamran Əliyev, Elşad Abdullayev, Teymur Teymurov, Vüqar Həsənli.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Bakı. “Neftçi Arena”, 18:00.

“Qarabağ” – MOİK
Xankəndi şəhər stadionu, 14:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: