Futbol üzrə Azərbaycan Kubokunda 2025/2026-cı illər mövsümünün 1/8 final mərhələsinin oyun cədvəli müəyyənləşib.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, növbəti mərhələnin oyunları üç günü əhatə edəcək.
O da vurğulanır ki, “Şahdağ Qusar”ın ev oyunlarını keçirdiyi Şamaxı Olimpiya İdman Kompleksinin stadionu kubokun 1/8 final mərhələsinin oyunlarını qəbul etmək üçün yararlı olmadığından “Şahdağ Qusar” – “Turan Tovuz” oyunu “Neftçi Arena”da baş tutacaq.
Ağsu şəhər stadionu 1/8 final mərhələsinin oyunlarını qəbul etməyə hazır olmadığı üçün “Difai” – “Sumqayıt” oyunu Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.
Azərbaycan Premyer Liqasının iştirakçılarının Azərbaycan Kubokunda bir-biri ilə oynadığı görüşlərdə VAR sistemi tətbiq olunacaq.
2 dekabr
“Şahdağ Qusar” – “Turan Tovuz”
“Neftçi Arena”, 15:00.
“Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu, 19:00.
3 dekabr
“Şamaxı” – “Baku Sportinq”
Şamaxı şəhər stadionu, 14:00.
“İmişli” – “Sabah”
Quba Olimpiya İdman Kompleksinin stadionu, 14:00.
“Qarabağ” – “Karvan-Yevlax”
“Azersun Arena”, 19:00.
4 dekabr
“Qəbələ” – “Şəfa”
Qəbələ şəhər stadionu, 15:00.
“Araz-Naxçıvan” – “Kəpəz”
“Dalğa Arena”, 19:00.
“Difai” – “Sumqayıt”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:00.


