Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk darmadağını

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünün ilk böyükhesablı nəticəsi qeydə alınıb. Arena.az xəbər verir ki, bu nəticə çempionatın 2-ci turuna təsadüf edib.

“Qarabağ” öz meydanında “Səbail”ə 3:0 hesabı ilə qalib gəlib.

Bu, ölkə çempionatları tarixində üç və ya daha çox top fərqinin qeydə alındığı 928-ci matçdır. “Qarabağ” 115-ci dəfə qalib gəlibsə, “Səbail” 14-cü dəfə uduzub. Paytaxt təmsilçisi rəqib meydanlarında 10-cu dəfə böyük hesaba üzülüb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: