Kataloniya nəhəngi “Barselona” klubu “blauqrana”nın keçmiş futbolçularına hələ də əməkhaqqı ödəməyə davam edir.
Arena.az bu barədə “Cadena Ser” dərgisinə istinadən məlumat verir.
Söhbət klubun keçmiş ulduzları, hazırda “İnter Mayami”də çıxış edən argentinalı ulduz hücumçu Lionel Messi, ispan müdafiəçi Jordi Alba və ispan yarımmüdafiəçi Serxio Busketsdən gedir.
Mənbənin məlumatına görə, bu futbolçular İspaniya nəhənginin maaş fondunun bir hissəsidir. Klubdan ayrılmalarına rəğmən, “Barsa”nın hələ də Messi, Alba və Buskets qarşısında müqavilə öhdəlikləri var. Buna səbəb koronavirus pandemiyası zamanı imzalanmış və klubun bugünkü vəziyyətinə birbaşa təsir edən dəyişikliklərdir.
“Barselona” kiçik həcmdə, amma sabit surətdə keçmiş ulduzlarının maaşlarını son qəpiyinə qədər ödəməyə öhdəlik götürüb.


