Sloveniya millisinin və İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Benyamin Şeşko təxminən bir ay yaşıl meydanlardan uzaq qalacaq.
Arena.az xəbər verir ki, İngiltərə Premyer Liqasının 11-ci turunda “Tottenhem”lə matçda zədə almış forvardın durumuna aydınlıq gəlib.
Şeşkonun azı 4 həftə komandasına kömək edə bilməyəcəyi müəyyənləşib.
Benyamin Şeşko “Zalsburq”un məzunudur. Hücumçu, karyerası ərzində “Liferinq” (icarə) və “Leypsiq”də çıxış edib. “Mançester Yunayted” onu 2025-ci ilin yayında 76,5 milyon avro məbləğ müqabilində “Leypsiq”dən transfer edib. Tərəflər arasında müddəti 2030-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə var.
Şeşko cari mövsümdə “Mançester Yunayted” üçün 12 oyuna çıxıb, 2 qol vurub, 1 məhsuldar ötürmə verib.
Şeşko 2021-ci ilin iyun ayında debüt etdiyi Sloveniya yığmasının heyətində 45 oyuna 16 qol və 6 məhsuldar ötürmə ilə fərqlənib.
“Transfermarkt” internet-portalı 22 yaşlı sloven hücumçunun transfer dəyərini 70 milyon avro məbləğində qiymətləndirir.


