“Beşiktaş” 5 legionerini əsas komandadan kənarlaşdırdı

Türkiyə Super Liqasının 2023/2024 mövsümündə uğursuz çıxışı ilə diqqət mərkəzində olan “Beşiktaş” 5 futbolçunu heyətdən kənarlaşdırıb.

Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin rəsmi saytı məlumt yayıb.

Klubun mətbuat xidmətinə açıqlama verən komandanın baş koordinatoru Samet Aybaba, uğursuz çıxışa görə 5 legioner oyunçunun əsas heyətdən kənarlaşdırıldığını bəyan edib. Bunlar Vensan Abubakar, Valantin Rozye, Erik Bayi, Rəşid Gezzal və Jan Onanadır. Adı çəkilən futbolçular zəif performans və komanda daxilində uyğunsuz davranış səbəbindən heyətdən uzaqlaşdırılıblar.

Xatırladaq ki, “Beşiktaş” Super Liqada 15 turdan sonra 26 xalla 5-ci pillədə qərarlaşıb. Komanda Avropa Konfrans Liqasında da 5 turdan sonra topladığı 1 xalla yer aldığı qrupda sonuncu pillədədir.

Xəbəri sosial şəbəkələrdə paylaş: