Futbol üzrə Birinci Liqada və Əvəzedicilər Liqasında 2023/2024 mövsümünün bombardirlərinə xüsusi hədiyyələr təqdim olunub.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, MOİK-in hücumçusu Elmir Rəhimzdə 17 qolla Birinci Liqada bimbardir olub. “Qəbələ-2” komandasının futbolçusu Sənan Ağalarov isə 30 qolla Əvəzedicilər Liqasında mövsümün ən sərrast futbolçusuna çevrilib.
Onlara mükafatları Peşəkar Futbol Liqasında qurumun prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov təqdim edib.






