Futbol üzrə Azərbaycan Birinci Liqasında 2023/2024 mövsümünün 1-ci turunun oyunları üçün təyinatlar açıqlanıb.
Arena.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.
Yeni mövsümə və tura sentyabrın 13-də keçiriləcək “Karvan” – “Mingəçevir” oyunu ilə start veriləcək. İlk tur 15 sentyabrda baş tutacaq “Qaradağ Lökbatan” – “Şamaxı” oyunu ilə yekunlaşacaq.
Birinci Liqa
1-ci tur
13 sentyabr
“Karvan” – “Mingəçevir”
Hakimlər: Rövşən Rəcəbov, Tərlan Talıbzadə, Samir Qaracayev, Kamil Aydınov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Yevlax şəhər stadionu, 16:30.
14 sentyabr
“Zaqatala” – “İrəvan”
Hakimlər: Elvin Bayramov, Elman Kərimov, Aydın Bəxşiyev, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Zaqatala OİK stadionu, 16:30.
“Difai Ağsu” – MOİK
Hakimlər: Namiq Bəkirov, Taleh Məmmədov, Qəzənfər Məmmədov, Emin Abdullayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
Ağsu şəhər stadionu, 16:30.
“Araz Saatlı” – “İmişli”
Hakimlər: Vüqar Həsənli, Vüqar Bayramov, Anar Bədəlov, İrşad Aydınov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Elçin Məmmədov.
Saatlı OİK stadionu, 17:00.
15 sentyabr
“Qaradağ Lökbatan” – “Şamaxı”
Hakimlər: Emin Əliyev, Sevda Nuriyeva, Gülnurə Əkbərzadə, İslam Məmmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
AFFA nümayəndəsi: Emin Cəfərov.
Neftçi Futbol Mərkəzi (4-cü meydança), 17:00.


