İngiltərənin “Tottenhem” klubunun malili yarımmüdafiəçisi İv Bissuma Fransada olarkən hücuma məruz qalıb və qarət edilib.
Arena.az bu barədə “Evening Standard” dərgisinə istinadən məlumat verir.
Bissuma gözyaşardıcı qazla edilmiş hücumuna məruz qalıb və onun, dəyəri 293 min avronu aşan saatı oğurlanıb.
“Biz hadisədən xəbərdarıq, İvin və onun ailəsinin rifahını isə yoxlamaqda davam edəcəyik”, – “mahmızlar”ın mətbuat xidmətindən “Tottenhem”in mövqeyi açıqlanıb.
Bissumanın üzünə gözyaşardıcı qazın püskürdüldüyü, bundan sonra təcavüzkarların onun qolundan qol saatını qoparmağı bacardıqları bildirilir. Bissuma yaxınlıqdakı oteldə gizlənməyə çalışdığını, amma onun qapılarının bağlı olduğunu bildirib. Polis Fransanın Kann sahillərində baş verənlərlə bağlı araşdırmalara başlayıb.


