İngiltərənin “Brayton” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Ayaks”ın qapıçısı Kyell Sxerpeni transfer edib.
Bu barədə İngiltərə klubunun rəsmi saytı məlumat yayıb. 21 yaşlı niderlandlı qolkiperlə imzalanmış müqavilənin müddəti və digər detalları açıqlanmayıb.
Kyell Sxerpen “Emmen” klubunun yetirməsidir. O, peşəkar karyerasına da 2016-cı ildə məhz bu komandada başlayıb. 2019-cu ildə isə o, “Ayaks”a transfer olunub və bu klubun gənclərdən ibarət komandasında forma geyinib. Niderlandın gənclərdən ibarət yığmasının üzvü “Ayaks”ın əsas komandasında ötən mövsüm 4 oyuna çıxıb. Amsterdam təmsilçisi bu ilin əvvəlində onu “Zvolle”yə icarəyə vermişdi.


