Bundesliqa: “Bayer” evdə, “Union Berlin” səfərdə xal itirdi

Futbol üzrə Almaniya çempionatında (Bundesliqa) 2022/2023 mövsümünün 28-ci turuna yekun vurulub. Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha üç qarşılaşma baş tutub.

“Volfsburq” – “Bayer” matçında qapılara qol vurulmayıb. “Union Berlin” – “Bohum” görüşündə də qalib müəyyənləşməyib. Üç qolun qeydə alındığı “Verder” – “Frayburq” matçı isə qonaqların qələbəsiylə yekunlaşıb.

Beləliklə, 28 turdan sonra 59 xalı olan “Bayern” vahid liderdir. Dortmund “Borussiya”sı 57 xalla ikinci, “Union Berlin” isə 52 xalla üçüncü pillədə qərarlaşıb. “Leypsiq” 51, “Frayburq” 50, “Bayer” 44, “Ayntraxt”la “Maynts” 42, “Volfsburq” 40, “Borussiya” (Mönhenqladbax) 36, “Köln” və “Verder” 32, “Hofenhaym”la “Auqsburq” 29 xal toplayıb. “Bohum”un 27, “Ştutqart”la “Şalke” 24, sonuncu olan “Herta”nın isə 22 xalı var.

Almaniya Bundesliqası
28-ci tur
14 aprel

Şalke – Herta 5:2
Qol: Skarke, 3. Bulter, 13; 78. Terodde, 48. Kaminski, 90+2 – Yovetiç, 45+3. Rixter, 84.

15 aprel

Bayern – Hoffenhaym 1:1
Qol: Pavar, 17 – Kramariç, 71.

Köln – Maynts 1:1
Qol: Lyubiçiç, 51 – Ayorke, 17.

Leypsiq – Auqsburq 3:2
Qol: Kampl, 10. Verner, 32; 35 – Mayer, 5. Varqas, 82.

Ştutqart – Borussiya (Dortmund) 3:3
Qol: Kulibali, 78. Vaqnoman, 84. Silas, 90+7 – Haller, 26. Malen, 33. Reyna, 90+3.

Ayntraxt – Borussiya (Mönhenqladbax) 1:1
Qol: Muani, 83 – Hofmann, 13.

16 aprel

Verder – Frayburq 1:2
Qol: Filipp, 46 – Sallai, 67. Holer, 71.

Union Berlin – Bohum 1:1
Qol: Yuranoviç, 45+3 – Stoger, 55.

Volfsburq – Bayer 0:0

Xəbəri sosial şəbəkələrdə paylaş: