Canni De Byazi: “Elə oynasaq, rəqiblərə çətinlik yarada bilərik”

Futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Bakıda İordaniya yığmasına qarşı keçirdikləri yoldaşlıq matçını şərh edib.

Arena.az xəbər verir ki, 67 yaşlı mütəxəssis 2:1 hesabıyla qalib gəldikləri matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Çətin oyun oldu. Rəqibin yaxşı futbolçuları var. Belçika ilə görüşdə çoxlu enerji sərf etmişdik. Meydança da yaxşı vəziyyətdə deyildi”.

İtalyan mütəxəssis səsi batdığı üçün bu görüşdə çox qışqıra bilmədiyini və bu səbəbdən fikirlərini jestlərdə oyunçulara çatdırdığını deyib: “Bugünkü oyundan daha yaxşı çıxış edə bilərik. Futbolçular ot örtüyünə görə topu daha yaxşı qəbul edə bilmirdilər. Belçika və İordaniya ilə görüşlərdə yaxşı oyun sərgilədik”.

Canni De Byazi Emin Mahmudovun bu oyunda hər şeyi etdiyini söyləyib: “O, öz işinə ciddi yanaşır. Nəzərə alaq ki, meydanda gənc kollektiv var idi. Bizim üçün yaxşı sınaq oldu”.

Milllimizin baş məşqçisi AÇ-2024-ün növbəti seçmə oyunlarında yaxşı nəticəyə ümid etdiklərini deyib: “Bizi ağır qarşılaşmalar gözləyir. Belçika ilə dueldəki kimi çıxış edə bilsək, rəqiblərə çətinlik yaşada bilərik”.

İordaniya millisinin baş məşqçisi Hüsseyn Ammuta isə Azərbaycan yığmasına uduzduqları yoldaşlıq oyunundan sonra mətbuat konfransına qatılmayıb. 54 yaşlı mütəxəssis “Dalğa Arena”dakı görüşdən sonra jurnalistlərin qarşısına çıxmaqdan imtina edib.

Xatırladaq ki, Azərbaycan millisi gələn – oktyabrın 13-də səfərdə Estoniyanın qonağı olacaq. Bu oyundan 3 gün sonra – ayın 16-da isə Bakıda Avstiya yığması ilə qarşılaşma baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: