Cek Klark “Tottenhem”dən ayrıldı

İngiltərənin “Tottenhem” klubu hücumçusu Cek Klark ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, London təmsilçisi 21 yaşlı futbolçunu “Sanderlend”ə satıb.

Bu barədə “Sanderlend”in rəsmi saytı məlumat yayıb. İngiltərənin gənclərdən ibarət yığmasının üzvü yeni klubu ilə 4 illik müqaviləyə imza atıb. “Tottenhem”in bu keçidə görə nə qədər qazandığı açıqlanmır.

Xatırladaq ki, Cek Klark “Lids”in yetirməsidir. O, 2019-cu ildə “Tottenhem”ə transfer olunsa da, “Lids”də icarə əsasında oynamağa davam etmişdi. London klubu gənc forvardı 2021-ci ildə KPR-ə, 2022-ci ildə isə “Stok Siti”yə icarəyə vermişdi. Klark bu ilin əvvəlində “Sanderlend” tərəfindən icarəyə götürülmüşdü. O, bu komandanın heyətində keçirdiyi 20 oyunda cəmi 1 qol vurub.

Sonda onu da xatırladaq ki, “Sanderlend” yeni mövsümdə Çempionşipdə mübarizə aparacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: