“Çelsi” futbol üzrə İngiltərə Liqa Kubokunda 2023/2024 mövsümünün yarımfinalında darmadağınla qalib gələrək finala yüksəlib.
Arena.az xəbər verir ki, London komandası doğma meydanda Çempionşipdə mübarizə aparan “Midlsbro” ilə üz-üzə gəlib.
Yeddi qolun qeydə alındığı oyunda “zadəganlar” darmadağına seviniblər. Nəticədə paytaxt klubu finala yüksəlib və rəqibinin kim olacağını gözləyir.
Xatırladaq ki, İngiltərə Liqa Kubokunda digər finalçının adına “Fulhem” – “Liverpul” matçında aydınlıq gələcək.
İngiltərə Liqa Kuboku
Yarımfinal
23 yanvar
Çelsi – Midlsbro 6:1
Qollar: Houson, 15-öz qapısına. E.Fernandes, 29. Disasi, 36. Palmer, 42; 77. Madueke, 81 – Rocers, 88.
24 yanvar
00:00. Fulhem – Liverpul


