London nəhəngi “Çelsi” növbəti mövsümdə komandanın əsas qapıçısına namizədlərin seçimində yekub qərara gəlib.
Arena.az “The Guardian”a istinadən xəbər verir ki, “zadəganlar”ın rəhbərliyi diqqətini Andre Onana (“İnter”), David Rayya (“Brentford”) və Emiliano Martines (“Aston Villa”) üzərində saxlayıb.
Adı çəkilən qapıçıların “Transfermarkt” internet-portalında qiyməti və müqavilə müddəti belədir:
Andre Onana (20 milyon avro, müqavilə müddəti – 2027-ci ilə qədər);
David Rayya (25 milyon avro, müqavilə müddəti – 2024-cü ilə qədər);
Emiliano Martines (28 milyon avro, müqavilə müddəti – 2027-ci ilə qədər).
Həmçinin klubun hücumçu axtarışında olması vurğulanır. Qeyd edilir ki, bu məsələnin alınmayacağı halda, klub təlaşa qapılmayacaq. Hazırda “Çelsi” “Napoli”nin hücumçusu Viktor Osimheni ən ideal variant olaraq diqqətində saxlayıb.
Bu mövsüm icarə əsasında “Çelsi”nin uğurları üçün çalışan Joao Feliksin isə müqavilə ilə məxsus olduğu Madrid “Atletiko”suna qayıtmasına qərar verilib. Artıq İspaniya klubunun rəhbərliyi yerli mətbuata açıqlamasında bu faktı təsdiqləyiblər. Feliksin “zadəganlar”ın yeni baş məşqçisi Maurisio Poçettino tərəfindən bəyənilmədiyi vurğulanıb.
Xatırladaq ki, “Çelsi” ötən gün sükanı arxasına Maurisio Poçettinonun gətirildiyini rəsmən açıqlayıb.