“Liverpul”un əfsanəsi, ingilis keçmiş yarımmüdafiəçi Stiven Cerrard “qırmızılar”ın cari mövsümdə üzləşdiyi fəsadlarla bağlı fikrini bildirib:
Arena.az xatırladır ki, “Liveprul” xeyli müddətdir uğursuzluqlar zolağında çapalayır.
Stiven Cerrard Britaniya mətbuatına açıqlamasında keçmiş komandasının durumu barədə bunları söyləyib:
“Komanda həqiqətən çətin məqamını yaşayır. Sabitlik əldə etmələrinə çalışmalıdırlar. Onlar həddindən çox qollar buraxırlar, keçid mərhələlərində çox zəifdirlər. Top rəqib komandaya keçən kimi, çox dişbatan və qeyri-sabit gözə çarpırlar”, deyə Cerrard vurğulayıb.
“Liverpul”un digər ingilis keçmiş yarımmüdafiəçisi Stiv Makmanaman isə komandanın baş məşqçisi, niderlandlı mütəxəssis Arne Slotun mümkün istefası ilə bağlı məsələyə münasibətini açıqlayıb:
“Bu barədə danışmaq hələ tezdir. Müvafiq məsələlərin qaldırılması üçün “Liverpul” UEFA Çempionlar Liqasından “uçmalı” və İngiltərə Premyer Liqasının yarış cədvəlinin dibində olmalıdır”, deyə Makmanaman vurğulayıb.
“Liverpul”un digər keçmiş müdafiəçisi, hazırda futbol təhlilçisi olaraq çalışan Ceymi Karrager isə “qırmızılar”ın qarşıdakı qış transfer bazarında fəal olmasının gərək olduğu qənaətindədir:
“Mahiyyətcə, “Liverpul”un daha bir mərkəz müdafiəçisinin zədə alması əskikdir ki, onlar mövsümü birdəfəlik zay etsinlər. Ona görə də onlar yanvar ayında transfer bazarına girməlidirlər”, deyə Karrager vurğulayıb.


