Cessi Linqard “Mançester Yunayted”lə vidalaşdı

İngiltərənin “Mançester Yunayted” klubu yarımmüdafiəçisi Cessi Linqard ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, “qırmızı şeytanlar” Pol Poqbanın ardından ingilis vingerin də komandada qalmayacağını açıqlayıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 29 yaşlı futbolçu ilə müqavilənin bu ayın sonuna qədər olduğunu xatırladan klub, onunla yeni sözləşmə imzalanmayacağını bəyan edib.

Cessi Linqard kiçik yaşlarından “Mançester Yunayted”də forma geyinməyə başlayıb. 21 il sonra yetirməsi olduğu klubdan ayrılan vingeri, MY-nin əsas komandasında bütövlükdə 232 oyuna çıxıb, 35 qol vurub. O, bu illər ərzində qısa müddətə olmaq şərtilə “Lester Siti, “Birmingem Siti”, “Brayton”, “Derbi Kaunti” və “Vest Hem” kimi klublara icarəyə də verilib. İngiltərə yığmasında 32 oyun keçirmiş futbolçu, 6 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: