PSJ “Barselona”nı darmadağın etdi

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinə start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

Ən maraqla gözlənilən oyunlardan biri İspaniyada gerçəkləşib. “Barselona” Fransa çempionu PSJ-ni qəbul edib. Hər iki komanda oyuna ciddi itkilərlə çıxıb. Buna baxmayaraq, qarşılaşma kifayət qədər məhsuldar keçib. Beş qolun qeydə alındığı matçda “Barselona” böyük hesabla məğlub olub.

Günün ikinci qarşılaşmasında İngiltərə çempionu “Liverpul” “Leypsiq”in qonağı olub. Koronavirusa görə, qarşılaşma Almaniyada yox, Macarıstanın paytaxtı Budapeştdəki “Puşkaş Arena”da oynanılıb. “Liverpul” bu oyundan inamlı qələbə ilə ayrılıb.

Qeyd edək ki, 1/8 finalın digər iki oyunu sabah keçiriləcək. “Portu” Portuqaliyada İtaliya çempionu “Yuventus”u, “Sevilya” isə İspaniyada Almaniyanın “Borussiya” (Dortmund) komandasını qəbul edəcək.

UEFA Çempionlar Liqası
1/8 finalın ilk oyunları
16 fevral

“Leypsiq” (Almaniya) – “Liverpul” (İngiltərə) 0:2
Qol: Salah, 53. Mane, 58.

“Barselona” (İspaniya) – PSJ (Fransa) 1:4
Qol: Messi, 27-pen – Mbappe, 32; 65; 85. Kin, 70.