Cordan Henderson Avropa çempionatını buraxacaq?

“Liverpul”un zədəli futbolçusu Cordan Hendersonun sağalma müddəti uzana bilər.

Arena.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçinin son durumunun yaxın günlərdə açıqlanacağı bildirilir.

Onun ən yaxşı halda 4-6 həftəyə məşqlərə başlaması gözlənilir.

Hendersonun bərpa müddəti uzansa, yarımmüdafiəçi İngiltərə yığmasının AÇ-2020-dəki oyunlarını buraxa bilər.

AÇ-2020 ötən ilin yayında keçirilməli olsa da, pandemiya səbəbiylə təxirə salınıb. Turnirin bu ilin 11 iyun-11 iyul aralığında 12 müxtəlif şəhərdə keçirilməsi planlaşdırılır. Bu şəhərlər arasında Bakı da var.