Coşqun Diniyev liderə qarşı 28 dəqiqə oynadı

Futbol üzrə Azərbaycan millisinin yarımmüdafiəçisi Coşqun Diniyev Türkiyənin “Ümraniyəspor” komandasının heyətində növbəti matçına çıxıb.

Arena.az xəbər verir ki, o, TFF 1-ci Liqanın 2023/2024 mövsümünün 23-cü turu çərçivəsində baş tutan lider “Eyüpspor”la oyunun iştirakçısı olub.

“Ümraniyəspor” doğma meydanda baş tutan bu oyundan məğlubiyyətlə ayrılıb – 1:3. Hesabı meydan sahibləri açsalar da, qalan dəqiqələrdə 3 qol vuran lider növbəti qələbəsini rəsmiləşdirib. Bu, İstanbul təmsilçisinin cari mövsümdəki 10-cu məğlubiyyətidir. Futbolçumuzun komandası qalan oyunlarda 6 heç-heçə edib və 7 qələbə qazanıb.

Coşqun bu oyunun 62-ci dəqiqəsində, hesab 1:1 olarkən meydana buraxılıb və sonadək oynayıb.

Xatırladaq ki, Coşqun Diniyev “Ümraniyəspor”la 2023-cü ilin iyul ayında 1+1 illik müqavilə bağlayıb. 27 yaşlı futbolçu sözügedən komandanın heyətində indiyə qədər 22 oyuna çıxıb, 3 qola imza atıb, 2 məhsuldar ötürmə müəllifi olub.

23 turdan sonra “Ümraniyəspor” 27 xalla 18 iştirakçı arasında 13-cü pillədə qərarlaşıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: