Dezire Due Kilian Mbappe ilə müqayisə edilməsindən danışdı

PSJ-nin hücumçusu Dezire Due Paris klubunun keçmiş ulduzu, hazırda “Real”da çıxış edən Kilian Mbappe ilə müqayisə edilməsindən danışıb.

Arena.az xəbər verir ki, 19 yaşlı fransalı vinger bunları söyləyib:

“Mənə bu müqayisələr haqda deyiblər, amma mən – Dezire Dueyəm, Kilian isə – Kiliandır”, deyə Due vurğulayıb.

Xatırladaq ki, PSJ Dueni 2024-cü ilin avqust ayında “Renn”dən tamhüquqlu keçid əsasında öz düşərgəsinə qatıb. Fransa nəhəngi bu keçid üçün 50 milyon avro məbləğində ödəniş edib. Duenin PSJ ilə müddəti 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi mövcuddur.

Dezire Due “Renn”in yetirməsidir. Due bütün karyerası ərzində “Renn”in heyətində 76 oyun keçirib, 8 qol vurub, 7 məhsuldar ötürmə verib.

PSJ-də isə Due 43 oyuna çıxıb, 12 qol və 12 məhsuldar ötürmə müəllifi olub.

Due daha öncə Fransanın U-17, U-18, U-19, U-21, U-23 və Olimpiya yığmalarına cəlb edilib. Bu ilin mart ayında isə o, “xoruzlar”ın əsas yığmasında debüt edib. Dezire Fransanın U-17 yığması ilə Avropa çempionatının (2022) qalibi olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: