“Lans” futbol üzrə Fransa Kubokunda 2025/2026-cı illər mövsümünün həlledici oyununda “Nitsa” ilə qarşılaşmadan qalib ayrılıb.
Arena.az xəbər verir ki, sözügedən komandalar bu gün Parisdə üz-üzə gəliblər.
Həlledici oyunda qapılara 4 qol vurulub. Lansın eyniadlı təmsilçisi yekunda 3:1 hesablı qələbəyə sevinib. Nəticədə “Lans” tarixində ilk dəfə Fransa Kubokunun qalibi olub. Sözügedən komanda daha öncə 1947/1948, 1974/1975 və 1997/1998-ci illər mövsümlərində də ölkə kubokunun finalına yüksəlməsinə rəğmən, gümüş medallarla kifayətlənmişdi.
Fransa Kubokunda ən titullu (16 kubok) komanda PSJ-dir. İkinci yerdə Marsel “Olimpik”i (10), üçüncü yerdə “Sent Etyen” (6) qərarlaşıb.
Fransa Kuboku
Final
22 may
Lans – Nitsa 3:1
Qollar: Floryan Toven, 25. Odson Eduard, 42. Abdallah Sima, 78 – Cibril Kulibali, 45+3.


