Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2025/2026-cı illər mövsümünün sonuncu – 34-cü turunun oyunları keçirilib.
Arena.az xəbər verir ki, həlledici turun bütün görüşləri eyni gündə baş tutub.
Amma onlardan biri – “Nant”la “Tuluza” arasındakı matç azarkeşlər arasındakı iğtişaşlar səbəbindən yarıda qalıb.
“Nitsa” – “Mets” və “Brest” – “Anje” matçlarında qalib müəyyənləşməyib. “Lill” evdə “Oser”ə, “Loryan” “Havr”a, Lion “Olimpik”i “Lans”a məğlub olub.
Marsel “Olimpik”i “Renn”i, “Paris” çempion PSJ-ni, “Strasburq” isə “Monako”nu məğlub yola salıb.
Beləliklə, PSJ 76 xalla çempion olubsa, “Lans” 70 xalla gümüş, “Lill” 61 xalla bürünc medallara sahib çıxıb. Bu üç komanda növbəti mövsümdə Fransanı UEFA Çempionlar Liqasının əsas mərhələsində təmsil edəcək. 60 xalla 4-cü olan Lion “Olimpik”ini isə ÇL-in təsnifat mərhələsinin görüşləri gözləyir. 59 xala malik Marsel “Olimpik”i Avropa Liqasına, eyni xalı olan “Renn” isə Konfrans Liqasına vəsiqə qazanıb
“Mets” (17 xal) və “Nant” (23) Liqa 1-i tərk ediblər. 32 xalla 16-cı olmuş “Nitsa”nı isə elitada qalmaq üçün pley-off görüşləri gözləyir.
Fransa, Liqa 1
34-cü tur
17 may
Brest – Anje 1:1
Qollar: Del Kastilyo, 55 – Sbay, 60.
Lill – Oser 0:2
Qollar: Sinayoko, 32; 90.
Loryan – Havr 0:2
Qollar: Faye, 33-öz qapısına. Sumare, 62.
Olimpik (Lion) – Lans 0:4
Qollar: Said, 20; 32. Sotoka, 45+1. Toven, 53.
Olimpik (Marsel) – Renn 3:1
Qollar: Höybyerq, 2. Quiri, 10. Obameyanq, 55 – Lepaul, 84.
Nant – Tuluza matçı yarıda qalıb
Nitsa – Mets 0:0
Paris – PSJ 2:1
Qollar: Qori, 76; 90+4 – Barkola, 50.
Strasburq – Monako 5:4
Qollar: Qodo, 34; 84. Moreyra, 58. Nanasi, 61; 74 – Kamara, 10; 42. Fati, 45+2. Dukure, 55-öz qapısına.



