Eddi İsrafilovla Ömər Buludov sıraya döndülər

“Neftçi”nin zədəli futbolçularından ikisi – müdafiəçi Ömər Buludov və yarımmüdafiəçi Eddi İsrafilov artıq sıraya dönüb.

Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun baş həkimi Şaiq Zöhrablı “Neftçi” TV-yə açıqlamasında məlumat verib.

Onun sözlərinə görə, hələ də zədəsini sağaltmayan Rəhman Hacıyevin müalicəsi davam edir və futbolçu fərdi hərəkətlərlə kifayətlənir: “Ömər Buludov və Eddi İsrafilov komanda ilə məşqlərə qoşulublar. Qapıçı Emil Balayevin isə bərpa prosesi davam edir”.

Xatırladaq ki, “Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 6-cı turu çərçivəsində “Araz-Naxçıvan”la üz-üzə gələcək. “Dalğa Arena”da baş tutacaq qarşılaşmaya saat 18:00-da start veriləcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: