Futbol üzrə İtaliya çempionu “İnter”in əslən Kolumbiyadan olan 22 yaşlı hücumçusu Eddi Salsedo Milan klubundan ayrılıb.
Arena.az xəbər verir ki, gənc forvard bundan sonra Yunanıstanın “OFİ Krete” klubunda çıxış edəcək.
Sözügedən klub italiyalı oyunçunu bu mövsümün sonunadək (2025-ci ilin 30 iyununa qədər) icarəyə götürüb. Salsedonun transfer hüquqlarının alınması ilə bağlı hansısa sövdələşmə yoxdur. O, icarə müddəti bitən kimi “İnter”in düşərgəsinə qayıdacaq.
Eddi Salsedo İtaliyanın “Cenoa” klubunun yetirməsidir. “İnter” onu 2018-ci ilin yayında icarə əsasında heyətinə qatıb. 2019-cu ilin iyul ayında isə milanlılar 10 milyon avro ödəməklə hücumçunun transfer hüquqlarını da alıblar. Salsedoya “İnter”in əsas komandasında debüt etmək qismət olmayıb. Əvəzində o, “Verona”, “Spetsiya”, “Bari”, “Cenoa”, “Eldense”, “Lekko” kimi klublarda da icarədə olub.
Salsedo İtaliyanın U-19, U-20 və U-21 yığmalarında forma geyinsə də, əsas millidə debüt şansı qazanmayıb.


