Türkiyənin “Eyupspor” klubunun nigeriyalı hücumçusu Emeka Eze Super Liqada mübarizə aparan “İstanbulspor”a transfer olunub. Arena.az xəbər verir ki, bu barədə elita təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İstanbul təmsilçisi 26 yaşlı futbolçunu icarəyə götürüb. Onun bu mövsümün sonuna kimi “İstanbulspor”da çıxış edəcəyi diqqətə çatdırılıb. Müqavilədə satınalma ilə bağlı şərt nəzərdə tutulmayıb.
Emeka Eze 2022-ci ilin iyul ayından “Eyupspor” klubunun formasını geyinirdi. O, bu komandanın heyətində 18 oyuna 6 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub. Eze daha öncə Türkiyədə “Adanaspor” və “Keçiörengücü” klublarının da uğurları üçün çalışıb. O, Kamerunun “Aigle Royal Menoua”, Finlandiyanın “RoPS”, Avstriyanın “Şturm” klublarında da forma geyinib.


